Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Rusiya və Ukrayna arasında olan gərginliyin isti münaqişəyə çevrilməsindən kədərliyik.
Ərdoğan qeyd edib ki, Türkiyə bu böhranın faciəyə çevrilməməsi üçün çox güc sərf edib və hələ də sərf edir.
˝Həm Zelenski, həm də Putinlə danışıqlarımız zamanı məsələnin dialoq və diplomatiya yolu ilə həll olunmasının vacibliyini vurğulamışıq. Qeyri-sabitliklə mübarizə aparan bölgəmizin yeni böhran, xüsusən də, ağır mahiyyəti olacaq bir müharibəyə tab gətirə bilməyəcəyini açıq şəkildə ifadə etdik’, - deyə o qeyd edib.
Bundan əlavə, Ərdoğan Türkiyənin ölkələrin ərazi bütövlüyü və suverenliyini müdafiə edən siyasətini Ukrayna məsələsində də sərgilədiyini bildirib.