İranın Ali Dini Lideri Əli Xameneyi Rusiyanın Ukraynaya təcavüzündə Amerikanı ittiham edib. Xameneyi bildirib ki, İran müharibənin dayandırılmasının tərəfdarıdır.
Onun sözlərinə görə, Ukraynadakı böhranın kökündə ABŞ və Qərbin siyasəti dayanır. Bunlar böhranın kökləridir. Bunlar bilinməli və onlara əsaslanaraq mühakimə olunmalıdır.
Xamneyi deyib ki, həm Əfqanıstan, həm Ukrayna hökuməti Qərbə güvəndi və nəticəsi belə oldu: "Bir müddət əvvəl Əfqanıstanın qaçqın düşmüş prezidenti, bir həftə əvvəl də Zelenski dedi ki, Qərb onları tək qoyub. Ona görə də, ABŞ-a güvənənlər bundan dərs çıxarmalıdırlar", - deyə Əli Xameneyi bildirib.
Xamneyi bildirib ki, ikinci çıxarılmalı dərs ondan ibarətdir ki, xalq hökumətlərin ən əsas dəstəkçisidir. Əgər xalq Ukraynada meydana çıxsaydı, Ukrayna hökumətinin və Ukrayna xalqının vəziyyəti bu cür olmazdı.
Onun sözlərinə görə, insanlar Zelenski hökumətini dəstəkləmədikləri üçün meydana çıxmayıblar.
Ümumilikdə isə Xameneyi Rusiyanın əleyhinə heç bir fikir səsləndirməyib.