Ədliyyə nazirliyi Azərbaycan Demokrat və Rifah (ADR) Partiyasının dövlət qeydiyyatına alınmasından imtina edib. Bu barədə partiyanın yaydığı məlumatda deyilir.
Nazirlik partiyanın qeydə alınmasını təqdim edilmiş sənədlərdə təsisçilərin hamısının və ya səlahiyyətli nümayəndələrinin imzası olmaması, Nizamnamədə partiyanın rəhbər orqanlarının səlahiyyət müddətləri nəzərdə tutulmamasını göstərir.
Partiyanın məlumatında isə nazirliyin bu iddiasının əsassız olduğunu, bütün məlumatların qeydiyyat üçün verilmiş sənədlərdə əksini tapdığı bildirilir.
Partiya bildirir ki, bu əsassız iradlarla nazirlik sadəcə partiyanı qeydə almamaq üçün əsas göstərmək istəyir.
Məlumata görə, bununla nazirlik partiyaya qanuni fəaliyyət üçün şərait yaratmaq istəmədiyini nümayiş etdirir.
ADR Pariyası 2021-ci ilin oktyabrında təsis qurultayı keçirib. 2021-ci il noyabrın 11-də qeydiyyat sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib. Bundan 3 ay keçməsinə baxmayaraq partiya həklə də dövlət qeydiyyatına alınmayıb.