28 Mart 2022
Mətni dəyiş
G7 ölkələri Rusiyanın qaz tədarükünün rublla ödənilməsi tələbinə əməl etməyəcək. Reuters agentliyinin məlumatına görə, bu barədə Almaniyanın İqtisadiyyat naziri Robert Habek G7 iştirakçılarının danışıqlarının yekunları üzrə məlumat verib.
Habekin sözlərinə görə, G7 ölkələrinin bütün energetika nazirləri rublla ödəniş tələbinin “mövcud müqavilələrin birtərəfli açıq şəkildə pozulması” olduğunu qəbul ediblər.
“Rublla ödəniş qəbuledilməzdir və biz maraqlı şirkətləri Putinin tələbini yerinə yetirməməyə çağırırıq. Putinin bizi bölmək cəhdi göz qabağındadır, lakin bu, baş tutmayacaq”, o əlavə edib.