28 Fevral 2022
Mətni dəyiş
Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, onun hökuməti Avropa İttifaqından “yeni xüsusi prosedur” çərçivəsində “dərhal” birliyə qəbul olunmasını istəyir.
Bir gün əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen müsahibəsində Ukraynanın onun fikrincə, Avropa İttifaqının bir hissəsinə çevrilməli olduğunu desə də, ölkənin təcili olaraq ittifaqa qəbul edilməsinin tərəfdarı olmadığını bildirib.
Bundan əvvəl Zelenski demişdi ki, “illərlə davam edən strateji müzakirələri birdəfəlik bağlamaq və Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı qərar vermək” məqamı gəlib çatıb.
Ukraynanın 2019-cu ildə qəbul edilmiş konstitusiyasında Avropa İttifaqı və NATO-ya daxil olmaq kursu öz əksini tapıb. Ukrayna 2024-cü ildə Aİ-yə üzvlük üçün müraciət etməyi planlaşdırırdı.