27 Fevral 2022
Mətni dəyiş
Ukrayna prezidenti Volodimir Zelenski Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşlə söhbəti zamanı Rusiyanı BMT Təhlükəsizlik Şurasında səsvermə hüququndan məhrum etməyə və onun Ukraynadakı əməllərini “soyqırım” kimi tanımağa çağırıb.
Zelenski bu barədə özünün Tvitter hesabında məlumat verib.
Ukrayna prezidenti belə çağırışa səbəb kimi Rusiyanın aqressiyasını göstərib.
"Təcavüzkar ölkəni BMT Təhlükəsizlik Şurasında səsvermə hüququndan məhrum edin, Rusiyanın hərəkətlərini və bəyanatlarını ukraynalıların soyqırımı kimi qiymətləndirin" deyən Zelenski bu məsələləri BMT-nin baş katibi ilə müzakirə etdiyini bildirib.