"Rusiya ilə müzakirə masasına oturmalıyıq" Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski "Twitter"də yazıb. Zelenski bildirib ki, Polaşa prezidenti Andrey Duda ilə danışanda da bildirib ki, NATO ölkələri təsirli addımlar atıb Ukraynaya dəstək olmalıdır. "Biz azadlığımızı və torpağımızı müdafiə edirik. Amma bizim effektiv beynəlxalq yardıma ehtiyacımız var. Bu barədə Andrey Duda ilə də danışdıq. Biz Rusiya ilə danışıqlar masasına oturmalıyıq. Bizim müharibə əleyhinə koalisiyaya ehtiyacımız var", - deyə Zelenski bildirib. Polşa prezidenti Andrey Duda məsələ ilə bağlı açıqlama verib. Duda qeyd edib ki, Putinin etdikləri terror aktıdır. “Mən Zelenski ilə danışdım. Kiyevdə vəziyyət çox ağırdır. Səhər rus qoşunları şəhəri atəşə tutmağa başlayıblar. Pilotsuz təyyarələr evlərə bombalar atır və insanlar ölür. Bu açıq-aşkar terror aktıdır. Ukraynalılar paytaxtı müdafiə etməkdə qərarlıdırlar”, - deyə Polşa prezidenti Andrey Duda qeyd edib.