25 Fevral 2022
Mətni dəyiş
Ukrayna Prezidenti Vladimir Zelenski yeni videomüraciət yayımlayıb. O, Rusiyanın Ukraynaya təcavüzünü “Avropaya qarşı müharibənin başlanğıcı” adlandırıb və qitənin bütün sakinlərini müharibəni dayandırmaq tələbi ilə küçələrə çıxmağa çağırıb.
˝Rusiyanın Ukraynaya müdaxiləsi sadəcə işğal deyil. Bu, Avropaya qarşı müharibənin başlanğıcıdır. Avropanın birliyinə qarşıdır. Təməl insan hüquqlarına ziddir. Qitədə bütün birgəyaşayış qaydalarına qarşıdır. Avropa dövlətlərinin güc yolu ilə sərhədləri bölməkdən imtina etməsinə qarşıdır˝.
˝İkinci gündür ki, Ukrayna şəhərləri raket və bomba hücumlarına məruz qalır. Tank karvanları və hava hücumları Avropanın uzun müddətdir gördüklərinə - İkinci Dünya Müharibəsi zamanı və "bir daha heç vaxt" dediklərinə mümkün qədər oxşardır. Amma budur! Yenə var. İndi. 2022-ci ildə. İkinci Dünya Müharibəsinin bitməsindən 75 il sonra.
Əminəm ki, siz bunu bütün Avropada görürsünüz. Ancaq bununla nə edəcəyinizi görmürük. Ukraynada bizə kömək etməkdə bu qədər ləng olduğunuz halda özünüzü necə qoruyacaqsınız? Çıxın, meydanlara çıxın və müharibənin bitməsini tələb edin. Bu, bizim haqqımızdır, bu, sənin haqqındır˝.
Bəyanatının sonunda Vladimir Zelenski Vladimir Putinə rus dilində müraciət edib.
˝Mən bir daha Rusiya Federasiyasının Prezidentinə müraciət etmək istərdim. Ukraynanın hər yerində döyüşlər gedir. Can itkisini dayandırmaq üçün danışıqlar masasına oturaq˝.