24 Fevral 2022
Mətni dəyiş
Ukrayna Prezidenti Vladimir Zelenski xalqa müraciət edib. O, hər saat başı bu cür videolar yayımlayacağını, aktual və etibarlı məlumatlar təqdim edəcəyini bildirib.
“Rəsmi mənbələrdən həqiqəti öyrənmək vacibdir. Bu gün Rusiya Ukraynaya işğala başlayıb. Putin Ukrayna ilə, bütün demokratik dünya ilə müharibəyə başlayıb. Mənim dövlətimi məhv etmək istəyir. O, dövlətimizi, bizim qurduğumuz və yaşadığımız hər şeyi məhv etmək istəyir”, - prezident bildirib.
Zelenski ukraynalıları panikaya düşməməyə çağırıb: “Hazırda torpağımızda olan hər bir ukraynalıya müraciət edirəm. Biz çaxnaşmalara qapılmırıq, Ukrayna Silahlı Qüvvələrini dəstəkləmək üçün lazım olan hər şeyi edirik”.
O, həmçinin ABŞ prezidenti Co Bayden, Almaniya kansleri Olaf Şolz, Avropa Şurasının sədri Şarl Mişel, Polşa prezidenti Anjey Duda və Böyük Britaniyanın baş naziri Boris Conson ilə danışıqlar apardığını bildirib.
“Sizi dərhal Putini, Ukraynaya və dünyaya qarşı müharibəni dayandırmağa çağırıram! Putin əleyhinə koalisiya yaradın. Dərhal sanksiyalar tətbiq edin, Ukraynaya müdafiə və maliyyə dəstəyi göstərin! Hava məkanını bağlanyın! Dünya Rusiyanı sülhə məcbur etməlidir”, – Zelenski tvitter hesabında yazıb.