Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın Kiyevi tərk etməklə bağlı təklifini qəbul etməyib.
Bu barədə "Washington Post" qəzeti yazıb. Qəzetin amerikalı rəsmilərə istinadən yaydığı xəbərdə deyilir ki, ABŞ bu təklifi qaçırılmanın və öldürülmənin qarşısını almaq üçün edib. Bildirilib ki, Zelenski təklifləri rədd edərək ölkəsinin başında qalacağını bildirib. Ukrayna prezidenti dünən verdiyi açıqlamada qeyd etmişdi ki, Rusiya Silahlı Qüvvələrinin əsas hədəfi o, ikinci hədəfi isə ailəsidir. Hazırda Kiyevin Şevçenkovskiy rayonu ərazisində, o cümlədən "Beresteyska" və "Şulyavska" metrostansiyaları yaxınlığında, "Pobeda" prospektində ağır döyüşlər gedir.Döyüşlər getdikcə şiddətlənir. Qeyd edilir ki, "Beresteyska" yaxınlığındakı körpü partladılıb. Rusiya hərbçiləri "Şulyavska" metrostansiyası yaxınlığında hücuma keçiblər.