Fevralın 13-ü axşam saatlarında Erm'nistanda və Gürcüstanda zəlzələ baş verib. Məlumata görə, zəlzələ Azərbaycanda da hiss olunub.
Belə ki, Gürcüstanda baş verən zəlzələ Azərbaycanın Qərb rayonlarında da hiss olunub.Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 22:25-də qeydə alınan zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin maqnitudası 5,9 olduğu üçün yeraltı təkanlar Azərbaycanın sərhəd rayonlarında da 3-4 bala qədər hiss edilib.
Ermənistanda da zəlzələ olub. Məlumata görə, 5,4 bal gücündə təkanlar Bakı vaxtı ilə 21:25 qeydə alınıb. Zəlzələnin episentri Gümrü şəhərindən 42 kilometr şimal-şərqdə, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib. Lori vilayətinin Alaverdi şəhərində baş verən zəlzələ nəticəsində bəzi bina və tikililərin divarları qismən uçub. Sakinlər evlərini tərk edib, bəziləri avtomobillərə və qarajlara sığınıb.