26 Fevral 2022
Mətni dəyiş
Yüzlərlə rusiyalı həkim Ukraynada hərbi əməliyyatlara son qoyulması tələbi ilə prezident Vladimir Putinə açıq məktub ünvanlayıb.
˝Müharibə çoxlu həyatlar aparacaq, o qədər taleləri şikəst edəcək ki, bütün mümkün səylərlə kömək etməyə vaxtımız olmayacaq. Ağrıdan qışqıran, analara fəryad edən, hamı eyni dildə olacaq. <...> Nə qədər xoşməramlı məqsədlər ölümcül silahların istifadəsinə haqq qazandırsa da, o, ölümcül olaraq qalır.
Ona görə də andlarımıza sadiq qalaraq və bütün canlılara humanist və bərabər münasibəti qoruyaraq, öldürücü silahların tətbiqi ilə aparılan bütün əməliyyatların dərhal dayandırılmasını tələb edirik˝.
Bundan əvvəl rusiyalı jurnalistlər, mədəniyyət xadimləri, elm adamları və xeyriyyəçilər Ukraynada müharibənin dayandırılması ilə bağlı çağırışlar etmişdilər. Bundan əlavə, Change.org saytında hərbi əməliyyatlara qarşı petisiya dərc edilib və Rusiyanın hər yerində müharibə əleyhinə aksiyalar keçirilib.