"Azərbaycan hökumətini Ukrayna ilə bağlı mövqe bildirmədiyinə görə tənqid edənlər geosiyasi reallıqları, beynəlxalq təhlkəsizlik sisteminin əsaslarını bilmirlər"
Bu sözləri YAP-çı deputat Nəsib Məhəməliyev deyib.
Məhəməliyev bildirib ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və Ukrayna Azərbaycan üçün strateji müttəfiqdir.
Fevralın 24-dən etibarən Rusiya ordusu Ukrayna ərazisini işğal əməliyyatlna başlayıb. Dünya ölkələrinin əksəriyyəti məsələ ilə bağlı açıqlama verib siyasi mövqelərini ifadə etsələr də, Azərbaycan hökuməti səssizliyini qoruyub.
Yalnız xarici işlər nazirinin müavini Araz Əzimov məsələ ilə bağlı açıqlama verərək bildirib ki, Azərbaycan Ukraynada baş verən hadisələrdən narahatdır.