Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın təcavüzü ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ukraynaya qarşı yeni təcavüz dalğasının başladığını bəyan edib.
Bildirilib ki, Rusiyanın hərbi əməliyyatının məqsədi Ukrayna dövlətini məhv etmək, Ukrayna ərazisini güc yolu ilə ələ keçirmək və işğala nəzarət etməkdir. Rusiya qoşunları müxtəlif istiqamətlərdən, o cümlədən müvəqqəti olaraq işğal olunmuş Donbass və Krım, eləcə də şimal-şərq bölgəsindən Ukraynanın dinc şəhərlərinə hücum edir. "Bu, müharibə aktıdır, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsddir, BMT Nizamnaməsinin və beynəlxalq hüququn fundamental norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.Ukrayna beynəlxalq hüquq normalarına uyğun olaraq özünümüdafiə hüququnu aktivləşdirib.
Ukrayna hərbçilərinin döyüş ruhu yüksəkdir, müdafiəçilərimiz işğalçı dövlətə qəti cavab verməyə hazırdırlar və Ukrayna torpağını bütün gücləri ilə müdafiə edəcəklər", - deyə müraciətdə qeyd olunub.
Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı hərbi əməliyyatların başladığını elan edib.