Ukrayna Türkiyədən yardım istəyib. Bunu Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar tviter səhifəsində yazıb.
“Rusiya Federasiyası Ukraynaya qarşı müharibəyə başlayıb. Ukraynanın dinc şəhərlərini bombalayırlar. Biz strateji müttəfiqimiz Türkiyəni və dost Türkiyə xalqını bu çətin zamanda bizə yardım etməyə çağırırıq”, - diplomat bildirib. Bununla bərabər isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Telefon danışığı Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra baş tutub. Ərdoğan Putinə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirib. Bundan sonra, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Təhlükəsizlik Şurasını təcili iclasa çağırıb. Bildirilib ki, toplantıda Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları müzakirə olunacaq.