Türkmənistan Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, bazar ertəsi ölkədə növbədənkənar prezident seçkiləri üzrə seçki kampaniyasının birinci mərhələsi, namizədlərin irəli sürülməsinə başlanılıb.
Türkmənistanın hakim Demokrat Partiyası martın 12-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində prezident Qurbanqulu Berdiməhəmmədovun oğlu Serdar Berdiməhəmmədovun namizədliyini irəli sürüb.
Siyasi partiyalar qurultay vasitəsilə öz namizədlərini irəli sürür. Türkmənistanda 3 siyasi partiya fəaliyyət göstərir. Bunlar Türkmənistan Demokrat Partiyası, Türkmənistan Aqrar Partiyası və Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyasıdır.
Türkmənistanda növbədənkənar prezident seçkiləri bu il martın 12-də keçiriləcək.
Bundan əvvəl türkəmistanın hazırki prezidenti Qurbanqulu Berdiməhəmmədov gənclərə yol vermək üçün prezidentlikdən gedəcəyini bildirmişdi.