"Deutsche Welle", "Amerikanın səsi" və "Euronews" agentliklərinin türkdilli internet saytlarına xəbərdarlıq edilib
Türkiyənin media tənzimləyicisi üç beynəxalq xəbər agentliyindən 72 saat ərzində ölkədə fəaliyyətə icazə verən lisenziya almalı olduqlarına dair xəbərdarlıq verib.
Reuters agentliyinin məlumatına görə, fevralın 9-da bu medialara əks halda platformlarına girişin bloklanacağı bildirilib.
Bu barədə məlumatı həmin qurumun üzvlərindən İlhan Taşçı verib.
O Türkiyə Radio və Televizya Ali Şurasının Almaniyanın Deutsche Welle (Alman dalğası), Amerikanın səsi və Euronews agentliklərinin türkdilli internet saytlarına belə bir xəbərdarlığın verilməsini pisləyib:
"Səs çoxluğu ilə qəbul olunmuş qərarda deyilir ki, amerikaninsesi.com, dw.com/tr və tr.euronews.com saytları 72 saat ərzində lisenziya almalıdırlar”.
Medianın 90 faizi dövlətin nəzarətində
Qurumun ali şurasının 9 üzvündən biri olan Taşçı bu qərarın əleyhinə səs verdiyini deyib.
Reuters yazır ki, Türkiyə Radio və Televizya Ali Şurasında hakim Ədalət və İnkişaf Partiyasının mütləq səs çoxluğu var.
Deutsche Welle radiosunun sözçüsü bildirib ki, şuradan rəsmi yazılı tələb alınanadək bu qərarı şərh edə bilməz.
Türkiyə hökuməti son illərdə sözügedən şuraya internetə nəzarət səlahiyyəti verəndən bəri beynəlxalq medianın fəaliyyət məkanı daraldılıb.
Hazırda bütün medianın 90 faizi ya dövlət əmklakıdır, ya da hökumətə bağlıdır.