10 Fevral 2022
Mətni dəyiş
İstanbul 13-cü Ağır Cəza Məhkəməsinin bugünkü qərarında iş adamı Osman Kavalanın hüquqi vəziyyətinin son qiymətləndirmədən sonra dəyişmədiyi bildirilib və həbsinin davam etdirilməsinə qərar verilib.
İstanbul 13-cü Ağır Cəza Məhkəməsi 52 müttəhimin mühakimə olunduğu “15 iyul dövlət çevrilişinə cəhd” və “Gezi Parkı hadisələri” ilə bağlı iş üzrə dosye əsasında məhbus olan yeganə şübhəli Osman Kavalanın aylıq həbs-qətimkan tədbiri istintaqını yekunlaşdırıb.
Buna əsasən, məhkəmə Kavalanın vəkilləri Köksal Bayraktar, Deniz Tolqa Aytöre və İlkan Koyuncunun fevralın 8-i və 9-da vəsatət verdiklərini və müvəkkillərinin azadlığa buraxılmasını tələb etdiyini bildirib.
Aylıq həbs-qətimkan tədbiri ilə azadlığa buraxılma tələblərini dəyərləndirən məhkəmə kollegiyası Osman Kavalanın həbsi ilə bağlı son qiymətləndirmədən sonra onun hüquqi vəziyyətində heç bir dəyişiklik olmadığına diqqət çəkib.
Məhkəmə hüquqi nəzarət tədbirlərinin yetərli olmayacağını bildirib və təqsirləndirilən şəxsin azadlığa buraxılması barədə vəsatətinin rədd edilməsi və həbsinin davam etdirilməsi barədə qərar qəbul edib.
Üzv hakim Kürşad Bektaş məhkəmənin səs çoxluğu ilə qəbul edilən qərar ilə razılaşmayıb.
Bektaş səsvermədə təqsirləndirilən şəxsin müdafiəsinin dinlənildiyini və sübutların toplandığını bildirib və belə davam edib:
“Dosyanın əhatə dairəsi, sübutlar, işin çatdığı mərhələ, bu mərhələdən sonra müttəhimin sübutları qaraltmaq imkanının olmaması, həbsdə qalma müddəti, həbsin ehtiyat tədbiri olması, həbsdə arzu olunan məqsədlə Cinayət-Prosessual Məcəllənin (CMK) 109-cu maddəsində göstərilən məhkəmə nəzarəti tədbirlərindən biri və ya bir neçəsinin icrası ilə tətbiq ediləcəyi qənaətinə gəlinib. Təqsirləndirilən şəxsin vəziyyətinə görə, mütənasib olmayan həbsin davam etdirilməsi ilə bağlı çoxluğun fikri ilə razılaşmıram və təqsirləndirilən şəxsin bir və ya bir neçə ölçülü məhkəmə nəzarəti tədbiri ilə azadlığa buraxılması barədə fikir və qənaətdəyəm”.
Bir çox hüquqşünas, siyasi və beynəlxalq təşkilatlar Kavalanın həbsdə saxlanmasını zəruri edən heç bir dəlilin olmadığını iddia edirlər.