28 Fevral 2022
Mətni dəyiş
Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin 400-dən çox muzdlusu Kremlin göstərişi ilə Kiyevdə fəaliyyət göstərir. Bu barədə Britaniyanın “The Times” qəzeti yazıb.
Nəşrin mənbələrinin bildirdiyinə görə, hərbçilərə Ukrayna prezidenti Vladimir Zelenskiyə və Ukrayna hökumətinin üzvlərinə sui-qəsd etmək tapşırılıb. Məqsəd Kremlin ölkədəki vəziyyətə nəzarəti ələ almasına şərait yaratmaqdır.
“The Times” bildirir ki, bu məlumatı Ukrayna hakimiyyəti şənbə günü, fevralın 26-da səhər saatlarında əldə edib, bundan sonra paytaxtda komendant saatı sərtləşdirilib. Komendant saatını pozan bütün şəxslərin “düşmənin təxribat-kəşfiyyat qruplarının üzvləri” kimi tanınacaqları bildirilib.