2 Fevral 2022
Mətni dəyiş
Taliban hökuməti Əfqanıstanda hakimiyyətə gəldikdən sonra ilk dəfə olaraq qadınların rəhbər vəzifələrə təyin olunduğunu açıqlayıb.
Taliban sözçüsü Zabihullah Mücahid Tvitter hesabında yazıb ki, doktor Məlalay Rəhim Kabildə ixtisaslaşdırılmış doğum xəstəxanasına, doktor Arian isə Kabil Tibb Universitetində klinikaya başçı təyin ediliblər.
EFE-nin qeyd etdiyi kimi, Taliban hökuməti üçün qadınların rəhbər vəzifələrə təyin edilməsi görünməmiş bir addımdır. Taliban dövründə adi vəzifələrdə qadınlar yalnız bəzi dövlət strukturlarında, məsələn, təhsillə bağlı işlərdə çalışırlar.