21 Fevral 2022
Mətni dəyiş
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili həbsxanada tam müalicə olunmamasına etiraz olaraq aclıq aksiyası elan edib. Bu barədə Gürcüstanın Birinci Kanalı xəbər verib.
“Bu gündən tam şəkildə müddətsiz aclıq aksiyası elan edirəm. Bu aclıq rejimin mənə və xalqıma münasibətinə reaksiyadır. Burada mənim səhhətim ikinci dərəcəli məsələdir”, - Saakaşvili məhkəmə iclasında bildirib. Ona lazımi tibbi yardım göstərilməsini tələb edib.
Saakaşvili belə bir bəyanatla keçmiş prezidentin ittiham olunduğu 2007-ci ildə müxalifətin mitinqinin dağıdılması işinə baxılan məhkəmədə çıxış edib.
Mixail Saakaşvilinin əvvəlki aclıq aksiyası 2021-ci il oktyabrın 1-dən noyabrın 20-dək 51 gün davam edib. Siyasətçi bunu səkkiz ildə ilk dəfə Gürcüstana gəlməsindən dərhal sonra saxlanmasının ardından açıqlayıb. Daha sonra o, sərhədi qanunsuz keçməkdə ittiham olunub.