27 Fevral 2022
Mətni dəyiş
21:23
Almaniya Ukraynaya 1000 tank əleyhinə silah və 500 Stinger raketi göndərəcək.
Almaniya Ukraynaya silah, o cümlədən 1000 tank əleyhinə silah və 500 Stinger raketi göndərəcək. Bu barədə Almaniya hökuməti məlumat yayıb.
“Bizim vəzifəmiz Ukraynanı Putinin işğalçı ordusuna qarşı müdafiəsində dəstəkləmək üçün əlimizdən gələni etməkdir”, hökumətin məlumatında deyilib.
Bundan əvvəl Almaniya dəfələrlə Ukraynaya silah verməkdən imtina edib.
******
16:00
Kiyevdə komendant saatı genişlənir. Bu barədə mer Vitali Kliçko teleqramda bildirib. Fevralın 26-dan komendant saatı 17:00-dan 08:00-a kimi fəaliyyət göstərəcək.
Kliçko yazıb: “Komendant saatı zamanı küçədə olan bütün mülki şəxslər düşmənin təxribat və kəşfiyyat qruplarının üzvləri hesab olunacaqlar”.
Merin sözlərinə görə, bu rejim fevralın 28-dək davam edəcək.
Fevralın 26-da komendant saatının uzadılması Xarkov şəhər şurasında da elan edilib: Komendant saatı 18:00-dan 06:00-dək davam edəcək.
******
13:29
Ukraynanın səhiyyə naziri Viktor Lyaşko Rusiyanın hücumu nəticəsində üçü uşaq olmaqla 198 nəfərin öldüyünü açıqlayıb.
"Təəssüf ki, əməliyyat məlumatlarına görə, işğalçıların hücumu nəticəsində 198 nəfər ölüb, onlardan 3-ü uşaqdır. 1115 nəfər yaralanıb, onlardan 33-ü uşaqdır", - Lyaşko Facebook-da yazıb.
O, itkilərin yalnız mülki əhali arasında, yaxud hərbçilər arasında olduğunu dəqiqləşdirməyib. Bəzi Ukrayna KİV-ləri yazıb ki, söhbət mülki şəxslərdən gedir.
******
12:53
Kiyev metrosunda nəqliyyatın hərəkəti dayandırılıb və tamamilə sığınacaq rejiminə keçib. Bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.
O, həmçinin Kiyev sakinlərini ya evdə, ya da sığınacaqlarda qalmağa, çölə çıxmamağa və şəhərə getməməyə çağırıb.
Kiyev və Ukraynanın digər şəhərlərinin sakinləri Rusiya hərbçilərinin raket zərbələri ilə müşayiət olunan işğalı başlayandan sonra metroda gizlənməyə başlayıblar. Bundan əvvəl Kiyev metrosunun bəzi stansiyaları qatarların hərəkəti üçün bağlanıb, qalanları işini davam etdirib.
Bir gün əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Rusiya qoşunlarının gecə Kiyevə hücum edəcəyini bildirmişdi. Fevralın 26-da səhər onun ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Kiyevdə lokal döyüşlər gedir, lakin Ukrayna ordusu şəhərə nəzarət edir.
Rusiya Müdafiə Nazirliyi yalnız Ukraynanın hərbi infrastrukturuna yüksək dəqiqliklə zərbələr endirdiyini və heç bir şeyin mülki əhalini təhdid etmədiyini iddia edib. Fevralın 26-da səhər saatlarında departament Ukraynanın 800-dən çox hərbi obyektinin məğlubiyyəti barədə məlumat yayıb.
******
11:14
Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri ən azı 100 min ukraynalı evlərini tərk etmək məcburiyyətində qalıb. Bu barədə BMT-nin baş katibi Antonio Quterreş “Twitter” səhifəsində məlumat verib.
“Ukraynada humanitar ehtiyaclar hər saat artır. Mülki əhali ölür. Bildirilir ki, azı 100 min ukraynalı artıq evlərini tərk edib”, - Quterreş yazıb.
Bir gün əvvəl BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirmişdi ki, 48 saatdan az müddətdə Ukraynanı 50 mindən çox insan tərk edib, onların əksəriyyəti Moldova və Polşaya gedib.
******
10:38
Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya silahlı qüvvələri Ukraynanın hərbi infrastrukturunun 821 obyektini vurub. Zvezda telekanalı xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.
Onların arasında 14 hərbi aerodrom, 19 komanda məntəqəsi və rabitə mərkəzi, 24 hava hücumundan müdafiə zenit-raket kompleksi, 48 radar stansiyası var. Bundan əlavə, yeddi döyüş təyyarəsi, yeddi helikopter, doqquz pilotsuz uçuş aparatı vurulub, səkkiz hərbi kater məhv edilib.
Rusiya hərbçiləri Ukraynanın Melitopol şəhərinə tam nəzarəti ələ keçirib. Konaşenkov bildirib ki, LXR-nin bir qrup əsgəri Baxmutovka və Qreçişkin yaşayış məntəqələrini ələ keçirib.
******
09:49
Ukraynadakı müharibə zamanı 3500-dən çox rus əsgəri həlak olub, 200-ə yaxını əsir götürülüb. UNİAN xəbər verir ki, bunu Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak deyib.
"Bu səhərə olan məlumata görə, bizdə 3,5 mindən çox ölü və 200-dən bir qədər az əsir var", - Podolyak Rada telekanalının efirində deyib. O, Ukrayna tərəfinin itkilərini dəqiqləşdirməyib.
Rusiya Müdafiə Nazirliyi Ukraynaya müdaxilə başlayandan bəri heç vaxt itkilər barədə məlumat verməyib.
Podolyakın sözlərinə görə, Ukrayna ordusu Kiyevdə vəziyyətə nəzarət edir, şəhərdə lokal döyüşlər davam edir. Bir gün əvvəl Ukrayna prezidenti Vladimir Zelenski rus qoşunlarının gecə şəhərə hücum edəcəyini bildirmişdi.