Rusiyada müharibə əleyhinə piketlərin iştirakçıları saxlanılır - [Yenilənib]

Rusiyada müharibə əleyhinə piketlərin iştirakçıları saxlanılır - [Yenilənib]
24 Fevral 2022
Mətni dəyiş
Yekaterinburq polisi Rusiya və Ukrayna arasında müharibəyə qarşı solo piketlərə çıxan 5 nəfəri saxlayıb. Bu barədə Znak.com xəbər verib. Müxtəlif vaxtlarda şəhər sakinləri müharibə əleyhinə plakatlarla Yekaterinburq administrasiyasına, 1905-ci il meydanındakı Leninin abidəsinə, hökumət binasına və baş poçt şöbəsinə çıxdılar, - "İtʼs My City" yazır. Saxlanılanlar arasında vəkil Sergey Tiunov və fəal Yekaterina Sursyakova da var. Saxlanılanlar barəsində mitinqlərin keçirilməsi qaydasının pozulması ilə bağlı inzibati protokollar tərtib edilib, bu protokollara əsasən, onları məcburi işlə, 150 min rubla qədər cərimə və ya 30 günə qədər həbslə cəzalana bilərlər. Müharibə əleyhinə mitinqə çıxmağa hazırlaşan hüquq müdafiəçisi Marina Litvinoviç də Moskvada saxlanılıb. O, polis bölməsinə aparılıb. ***** Hüquq müdafiəçisi Marina Litvinoviç rusları fevralın 24-ü saat 19:00-da Ukraynadakı müharibəyə etiraz olaraq şəhərlərinin mərkəzi meydanlarına çıxmağa çağırıb. Litvinoviç Facebook səhifəsində videomüraciət dərc edib. "Mən bilirəm ki, hazırda bir çoxlarınız Vladimir Putinin dost Ukrayna xalqına hücumundan ümidsizlik, gücsüzlük, utanc hissi keçirirsiniz. Amma mən sizi ümidsizliyə qapılmamağa çağırıram və bu gün saat 19-da şəhərlərinizdəki mərkəzi meydanlara gedin. Açıq-aydın şəkildə deyək ki, biz - Rusiya xalqı Putinin başlatdığı müharibəyə qarşıyıq. Biz bu müharibəni dəstəkləmirik, bizim adımızdan aparılmır, biz bu müharibəyə qarşıyıq. Heç nədən qorxmayın, meydanlara gedin və sözünüzü aydın deyin”, - Litvinoviç bildirib. Sibir və Uzaq Şərq şəhərlərinin - Omsk, Xabarovsk, İrkutsk və Akademqorodok şəhərlərinin sakinləri fevralın 24-də Ukrayna ilə müharibəyə qarşı təkbaşına piketlərə çıxıblar. Sibir.Realının hadisə yerindən verdiyi xəbərə görə, onların çoxu polis tərəfindən saxlanılıb. Kavkaz.Realii yazır ki, bir gün əvvəl Kubanda - Krasnodarda, Yeyskdə, Qoryaçiy Klyuçda silsilə təkbaşına piketlər keçirilib. "Məni piketə keçirməyə Ukraynaya dəstək ifadə etmək, Putin və onun tərəfdaşlarının təşəbbüsü ilə mümkün hərbi əməliyyatlardan narahatlığımı bildirmək istəyi sövq edib. Ukraynanın ərazi bütövlüyünün pozulması ilə bağlı qərarlar beynəlxalq təcrid və əhalinin yoxsullaşmasına səbəb olacaq", piketə qatılan sosiologiya elmləri namizədi Aleksandr Safronov deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun