21 Fevral 2022
Mətni dəyiş
Rusiya hərbçiləri "Ukrayna ərazisindən soxulan diversiya qrupundan Rusiya Federasiyasının sərhədini pozan beş nəfəri" məhv edib. Bu barədə Cənub Hərbi Dairəsinin (CHD) mətbuat xidməti məlumat yayıb.
Həmçinin, “İnterfaks” Rusiya hərbçilərinin bəyanatına istinadən Rostov vilayətində sərhədi keçən Ukraynaya məxsus iki piyada döyüş maşınının (PDM) məhv edildiyini bildirib.
"Rusiya Federasiyası silahlı qüvvələrinin və Rusiya FTX-nin sərhəd qoşunlarının hərbçiləri arasında itki yoxdur", - Cənub Hərbi Dairəsinin mətbuat xidməti bildirib.
Cənub Hərbi Dairəsinin bəyanatında deyilir ki, “təxribat-kəşfiyyat qrupunun daxil olması Rusiya FTX-nin sərhəd dəstəsi tərəfindən fevralın 21-də Moskva vaxtı ilə saat 6:00 radələrində Rusiya Federasiyasının ərazisində, Rostov vilayəti, Mityakinskaya qəsəbəsində aşkar edilib˝.
˝Diversiya qrupunun Ukrayna ərazisindən Rusiya Federasiyası dövlət sərhədindən təcili təxliyəsi üçün baş verən qarşıdurma zamanı Ukrayna silahlı Qüvvələrinin iki piyada döyüş maşını daxil olub. Rusiya Silahlı Qüvvələrinin bölməsi tan əleyhinə silahlardan atəş açaraq dərhal toqquşma yerinə gəlib və Ukrayna Silahlı Qüvvələrinin hər iki piyada döyüş maşını məhv edilib”, - Cənub Hərbi Dairəsindən bildirilib.
Ukrayna tərəfi Cənub Hərbi Dairəsinin bəyanatını şərh etməyib.