Rusiya Dəniz Donanmasına aid 30-dan çox döyüş gəmisi Qara dəniz sularına buraxılıb
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, gəmilər dəniz təlimlərinə cəlb olunublar. Nazirlikdən bildirilib ki, gəmilər Qara dənizə Sivastopol və Novorossiysk limanlarından plana uyğun olaraq daxil olub. Rusiya Müdafiə Nazirliyinin yanvarın 20-də verdiyi açıqlamada qeyd olunmuşdu ki, Rusiya hərbi sferası yanvar və fevral aylarında məhsul olduğu bütün istiqamətlər üzrə təlimlər keçirəcək.Təlimlərə 140 gəmidən əlavə 60 təyyarə və 10 min əsgərin qatılacağı açıqlanıb.
Bundan əvvəl, ötən il NATO gəmiləri də davamlı olaraq Qara dənizə təlimlər üçün gəlirdilər. Bu da Rusiya və NATO arasında siyasi gərginliyə səbəb olmuşdu.