R-Qrup Kargo şirkətinin rəhbəri və üç sürücünün həbsindən sonra şirkətin işi dayandırılıb. Şirkətdən verilən məlumata görə, 20 nəfər işsiz qalıb.
Fevralın 17-də dörd yük maşınının sürücüləri Heydər Əliyev prospektini bağlayıblar, onlar Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin məmurlarından icazələrin verilməsini tələb ediblər. Çünki icazənin olmaması səbəbindən daşınma üçün alınmış mallar xarab olur. Polis yolu açıb, sürücülər saxlanılıb.
Fevralın 18-də Bakıda məhkəmə iki sürücünü inzibati qaydada 30 sutka həbs edib, bir sürücü isə səhhətilə əlaqədar sərbəst buraxılıb.
Şirkətin direktoru, etiraz aksiyasında iştirak edən Rəmiş Cəfərov Cinayət Məcəlləsinin 233-cü maddəsi (ictimai asayişin pozulması) üzrə cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmə onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib. Bu gün onun vəkili həbsdən apellyasiya şikayəti verib.
Hüquq müdafiəçiləri şirkət direktorunun cinayət təqibinin qanuniliyini şübhə altına alıblar.
Bakı İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərovun fikrincə, indiki halda aksiya iştirakçılarının hərəkətlərinə yalnız inzibati hüquq müstəvisində baxıla bilər, cinayət qanunvericiliyi ilə yol.
Onun fikrincə, söhbət yol hərəkəti qaydalarının pozulmasından və ya polisə tabe olmamaqdan gedə bilər.
İstintaq müddətində dövründə şirkət direktorunun həbs edilməsi də həddindən artıq tədbirdir.
"Ona tətbiq edilən əməl böyük təhlükə törətməyən cinayətlərə aiddir və bu maddə azadlıqdan məhrumetmə ilə bağlı olmayan alternativ cəza növlərini nəzərdə tutur. Buna görə də istintaq müddətində digər qətimkan tədbirləri – ev dustaqlığı və ya polis nəzarətinə verilmə seçilə bilər", - Cəfərov Turan-a bildirib.
Digər hüquq müdafiəçisi Namizəd Səfərov da eyni fikirdədir.
“Fikrimcə, şirkət direktorunun hərəkətlərini cinayət əməli kimi tövsif etmək doğru deyil. Bu, diqqəti real problemə cəlb etmək məqsədilə etiraz aksiyası idi. Aksiya iştirakçılarına qarşı iddialar inzibati hüquq müstəvisində ola bilər. İkincisi, cinayət işinə başlayıblarsa, direktoru həbs etməyə ehtiyac yoxdur. İstintaq müddətində azadlıqda ola bilər. Üstəlik, ittiham maddəsi ağır cinayətlərə aid deyil", - hüquq müdafiəçisi Turan-a bildirib.
Sürücü və direktorun həbsi, həmçinin daşımaya icazə verilməməsi səbəbindən şirkətin fəaliyyəti dayandırılıb, bu barədə Turan-a şirkətin mətbuat katibi Rəşad Borcalı bildirib.
Onun sözlərinə görə, şirkətin fəaliyyəti dayandırıldığına görə təxminən 20 nəfər müvəqqəti olaraq işsiz qalıb.
Bundan öncə vətəndaş cəmiyyəti fəalları avtomobil yükdaşımaları sahəsində korrupsiya problemlərinin olduğunu və buna görə də kiçik nəqliyyat şirkətlərinin zərərə məruz qaldıqlarını bildiriblər.