Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan koronavirusa (Covid-19) yoluxub. Bu barədə prezident özü məlumat yayıb. O qeyd edib ki, səhərlərində yaranan problemdən sonra test veriblər və məlum olub ki, həm Ərdoğan, həm də həyat yoldaşı Əminə Ərdoğan koronavirusun "Omiricon" variantına yoluxublar. Prezident qeyd edib ki, hələlik səhətləri ağır deyil və işlərinə evdən davam edirlər.
Türkiyədə yeni tip koronavirusdan (Covid-19) fevralın 4-də 248 nəfər dünyasını dəyişib.
Bir gündə 468 min 152 test edilib. Gündəlik yoluxma sayı 111 157 nəfərdir. Son 24 saatda isə 83536 nəfər virusdan sağalıb.
“Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla vurulan ümumi peyvənd sayı 142 milyon 735 min 468-ə yüksəlib.