21 Fevral 2022
Mətni dəyiş
Qondarma Donesk Xalq Respublikası və Luqansk Xalq Respublikası rəhbərləri Denis Puşilin və Leonid Paseçnik Rusiya prezidenti Vladimir Putindən respublikaların müstəqilliyini tanımasını xahiş ediblər.
Puşilin və Paseçnikin müraciətlərini “Rossiya 24” kanalı yayımlayıb Hər iki lider tələblərinə səbəb kimi “mülki əhali arasında itkilərin qarşısının alınmasını” göstərib.
DXR və LXR rəhbərləri müstəqilliyin tanınmasından sonra Putindən respublikalarla dostluq və tərəfdaşlıq haqqında müqavilələr bağlamağı da xahiş ediblər.
Fevralın 15-də Rusiya Federasiyasının Dövlət Duması DXR və LXR-in tanınması təklifi ilə Putinə rəsmi müraciət edib. Daha sonra prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, prezident deputatların müraciətini qəbul edib, “ona reaksiya verib və qeyd edib”. Eyni zamanda, Peskov əlavə edib ki, tanınma Minsk razılaşmalarının pozulması olacaq, onların yerinə yetirilməsi isə hazırda Putin üçün prioritet məsələdir.