25 Fevral 2022
Mətni dəyiş
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Ukrayna hakimiyyəti ilə danışıqlar üçün Minskə nümayəndə heyəti göndərməyə hazırdır.
“Bildiyiniz kimi, bu gün Ukrayna prezidenti Zelenski Ukraynanın neytral statusunu müzakirə etməyə hazır olduğunu bəyan edib. Əvvəlcə Rusiya prezidenti Vladimir Putin bildirib ki, əməliyyatın məqsədi LXR və DXR-ə kömək etmək, o cümlədən Ukraynanın demilitarizasiyası və denazifikasiyasıdır. Və bu, əslində, neytral statusun tərkib hissəsidir˝, - İnterfaks onun sözlərini sitat gətirir.
Kremlin sözçüsü bildirib ki, “bu kontekstdə” Putin danışıqların Minskdə aparılmasını təklif edir. Moskvadan gələn nümayəndə heyətinə Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və prezident administrasiyasının nümayəndələri daxil olacaq.