Pakistanda sosial şəbəkədə şəkillərini paylaşan bacısını öldürən Məhəmməd Vasem məhkəmənin qərarı ilə azadlığa buraxılıb.
Məhəmməd məhkəmədəki ifadəsində bildirib ki, bacısını sosial şəbəkələrdə "ədəbsiz" şəkillər paylaşdığına görə boğaraq öldürüb və bu, "namus cinayəti"dir. Ancaq məhkəmə bildirib ki, hadisə namus üstündə olmayıb.
Məhkəmənin bu qərara gəlməsinin isə səbəbləri mentaldır. Belə ki, Pakistanın yeni qanunlarına görə, əgər cinayət qısqanclıq zəminində (Namus üstündə) baş verirsə, bu halda zərərçəkmiş tərəf bağışlasa belə, təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum edilir.
Pakistanlılar isə Məhəmməd Vasemin azadlığa buraxılması tələbi ilə çağırışlar edirlər. Məhkəmə bu cinayəti "namus cinayəti" hesab etməməklə, Məhəmməd Vasemin azadlığa çıxması üçün yeni yol açıb.
Bundan sonra, həm zərərçəkənin, həm də təqsirləndirilənin anası oğlu Məhəmməd Vasemi bağışlayıb. 39 yaşlı Vasem həftə sonu cəza çəkdiyi həbsxanadan azadlığa buraxılıb.
Pakistan parlamentinin üzvləri belə halların baş verməməsi üçün qanunvericiliyin təkmilləşməli olduğunu bildiriblər.