15 Fevral 2022
Mətni dəyiş
ABŞ-ın keçmiş prezidenti Barak Obamanın dövründə tətbiq edilən “cinsi təhsil proqramı” ölkənin bəzi bölgələrində yeniyetmələr arasında doğumu azaldıb.
Araşdırmaya görə, mühafizəkarların tənqid etdiyi proqramla 14-19 yaş arası gənclər arasında doğum nisbəti 3 faiz azalıb.
ABŞ-da akademiklər və siyasətçilər arasında yeniyetmələrə doğuşa nəzarət üsullarından istifadənin öyrədilməsi ilə bağlı mübahisələr gedir.
Gənclər arasında doğum səviyyəsinin G7-nin hər hansı digər ölkəsindən daha yüksək olduğu ABŞ-da Obama bu sahə üçün vəsait ayırıb və 2010-cu ildə Şəxsi Məsuliyyət Təhsili Proqramı (PREP) və Yeniyetmələrin Hamiləliyin Qarşısının Alınması Proqramını (TPP) işə salıb.
Tədqiqatın aparıcı müəllifi, Nyu-York Universitetindən Nikolas Mark və həmmüəllif Lourens Vu maliyyəsi ştat səviyyəsində deyil, rayonlara ayrılan TPP-yə diqqət yetiriblər. Beləliklə, oxşar gəlir və yoxsulluq səviyyələri olan ölkələr arasında müqayisələr aparılıb.
Tədqiqatda ABŞ-ın 55 əyalətində 1996-2009-cu illər arasında TPP maliyyəsini almadan əvvəl və 2010-2016-cı illər arasında yeniyetmələr arasında doğum nisbətlərinə baxılıb.
Onlar həmçinin bu 55 əyalətdəki doğum nisbətlərini vəsaiti olmayan 2800-dən çox əyalətlə müqayisə ediblər. TPP maliyyəsi alan bölgələrdə 14-19 yaş arasında olan doğum nisbətləri tədqiq edilən illərdə təxminən 3 faiz azalıb.
Sabiq prezident Donald Tramp administrasiyası bu maliyyəni kəsməyə çalışıb, lakin reproduktiv sağlamlıq qrupu "Planlı Valideynlik" tərəfindən müqavimətlə üzləşib.