2 Fevral 2022
Mətni dəyiş
Norveçdə Leyboristlər Partiyasının gənclər düşərgəsinə hücum edən neonasist Anders Behrinq Breyvikin şərti azadlığa buraxılması tələbi rədd edilib.
Keçən ay məhkəməsinin ilk günündə Breyvik əvvəlcə ağdərililərin üstünlüyünə işarə edib, sonra isə nasist salamı verib.
Reuters-in məlumatına görə, Telemark rayon məhkəməsi Breyvikin zorakılıq riskinin real və əhəmiyyətli olduğunu bildirib və "Zorakılıq riski hökmün çıxarıldığı ilk gündə olduğu kimidir" deyib.
42 yaşlı neonasist 21 il müddətinə azadlıqdan məhrum edilib.