4 Fevral 2022
Mətni dəyiş
NATO-nun baş katibi Yens Stoltenberq səlahiyyət müddətini başa vurduqdan sonra Norveç Mərkəzi Bankının (Norges Bank) başına keçəcək.
Norveç hökuməti Stoltenberqin mərkəzi bankın rəhbəri təyin edilməsinə qərar verdiyini açıqlayıb.
Açıqlamada onun bu vəzifəyə təyin edilməsi qərarının baş nazir və mərkəzi bank rəhbərliyi tərəfindən təsdiqləndiyi, Stoltenberqin səlahiyyət müddətinin 6 il olacağı qeyd edilib.
Norveçin maliyyə naziri Trygve Slagsvold Vedum da maliyyə və inzibati təcrübəsinə uyğun olaraq, Stoltenberqin mərkəzi bank sədrliyinə ən uyğun namizəd olduğunu bildirib.
Dekabrda yeni vəzifəsinin icrasına başlaması gözlənilən Stoltenberq daha əvvəl 8 ildən çox Norveçin baş naziri, 4 il isə Norveçin maliyyə naziri vəzifələrində çalışıb.
İki dövr NATO-nun baş katibi vəzifəsini icra edən Stoltenberqin səlahiyyət müddəti 2022-ci il oktyabrın 1-də başa çatacaq.