NATO-nun baş katibi Yens Stoltenberq Norveç Mərkəzi Bankının rəhbərliyinə keçəcəyi xəbərləri ilə bərabər, qurumun yeni baş katibinin kim olacağına dair söhbətlər də artıb.
İlkin məlumatlara görə, bu posta Belçikanın keçmiş Baş naziri, indiki xarici işlər naziri Sofi Vilmes gətiriləcək. Sofi Vilmes isə bu istiqamətdə yayılan xəbərləri şərh etməyib. Əgər o seçilsə, NATO tarixində hərbi qanada rəhbərlik edən ilk qadın baş katib olacaq. Bu günlərdə xarici mətbuatda yayılan məlumatla görə isə Böyük Britaniyanın keçmiş baş naziri Tereza Mey, Niderlandın Baş naziri Mark Rutte, Estoniyanın Baş naziri Kaya Kallas, Rumıniya prezidenti Klaus İohannis və Avropa diplomatiyasının keçmiş rəhbəri Federika Moqerini Şimali Atlantika Alyansının yeni baş katibi vəzifəsinə əsas namizəd kimi göstərilirdilər. NATO-nun Baş katibi Yens Stoltenberq Norveç Mərkəzi Bankının sədri təyin olunub. O, NATO-da rəhbər vəzifədə səlahiyyətləri başa çatdıqdan sonra yeni işə başlayacaq.