Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Şirvanov Mahir Məhərrəm oğluna Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4, 341.2.1 və digər maddələr ilə ittiham elan edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
2020-ci ilin iyununda polkovnik Şirvanov “Vətən uğrunda” medalı ilə təltif edilib. Dövlət başçısının sərəncamında qeyd olunurdu ki, polkovnik bu mükafata “Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsində və qorunub saxlanılmasında xüsusi xidmətlərinə, xidməti vəzifələrinin icrasında fərqləndiyinə görə” layiq görülüb.
Şirvanov son bir ayda maliyyə və digər cinayətlərə görə həbs edilən Müdafiə Nazirliyinin sayca 6-cı zabitidir.