Moldovanın baş nazir müavini, xarici işlər və Avropa inteqrasiyası naziri Niku Popesku Azərbaycan XİN başçısı Ceyhun Bayramovun dəvəti ilə Azərbaycana işgüzar səfər edib.
Moldova XİN-in məlumatına görə, iki günlük səfər zamanı "Azərbaycanla Moldova arasında "Cənub Qaz Dəhlizi"nin strateji vacibliyi kontekstində ticari-iqtisadi, investisiya və enerji sahələrində əməkdaşlığın möhkəmləndirilməsi məsələləri" müzakirə olunacaq.
Səfər proqramına prezident İlham Əliyev və kənd təsərrüfatı naziri İnam Kərimovla görüş də daxildir.
Fevralın 9-da səhər iki ölkə XİN-in nümayəndə heyətlərinin görüşündən sonra Popesku və Bayramov mətbuat konfransı keçirəcək.