Azərbaycan Müdafiə Nazirliyi atəşkəsin yenidən pozulduğunu bildirir. Bu barədə qurumun yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, fevralın 23-ü saat 20:30-dan 20:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu istiqamətində yerləşən mövqelərindən Laçın rayonunun Əhmədli yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.
Nazirlik əlavə edib ki, hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti Azərbaycan Ordusunun bölmələrinin nəzarəti altındadır.
Müdafiə Nazirliyinin məlumatlarına əsasən, fevralın 22 və 23-ü Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən intensiv olaraq atəşkəsi pozublar.