27 Fevral 2022
Mətni dəyiş
Beynəlxalq ödəniş sistemi Mastercard ABŞ-ın sanksiyalarına məruz qalan Rusiya banklarına sistemdə iştiraklarının dayandırılacağı barədə xəbərdarlıq edib. Bu barədə RBK ödəniş bazarındakı mənbələrə istinadən xəbər verir.
Söhbət VTB, ˝Otkritie˝, ˝Sovkombank˝, ˝Promsvyazbank˝ və ˝Novikombank˚-dan gedir. Onların sistemdə iştirakı 26 fevral şənbə günü saat 16:00-17:00 arasından etibarən dayandırılıb.
Kredit təşkilatlarından birinə verilən dayandırma bildirişində deyilir ki, qərar ödəniş sisteminin qaydalarının pozulması səbəbindən qəbul edilib, çünki banklar Mastercard ödəniş sisteminin nüfuzuna xələl gətirməməlidir.
RBK-nin məlumatına görə, bankların ödəniş sistemində iştirakının dayandırılması bu bankların və onların törəmə müəssisələrinin buraxdığı Visa və Mastercard kartlarının xaricdə və xarici onlayn mağazalarda fəaliyyətini dayandırması deməkdir. Eyni zamanda, onlar Rusiyada işləməyə davam edəcəklər.
Fevralın 24-də ABŞ Maliyyə Nazirliyi Rusiyanın Donbassdakı xüsusi əməliyyatı ilə əlaqədar bir neçə Rusiya bankına qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb. “Bu sanksiyalar Rusiyanın maliyyə xidmətləri sektorunu daha da məhdudlaşdıracaq və Rusiyanın digər kritik iqtisadi sektorlarının qlobal bazarlara çıxış, investisiya cəlb etmək və ABŞ dollarından istifadə imkanlarını əhəmiyyətli dərəcədə azaldacaq”, - deyə qurum izah edib.