3 Fevral 2022
Mətni dəyiş
Prezident Rəcəb Tayyib Ərdoğan Avropa İnsan Haqları Məhkəməsi (AİHM) və iş adamı Osman Kavala ilə bağlı “Məhkəmə qərarlarımızı tanımayan heç kəsi tanımırıq” deyib. “Məhkəmələrimizə hörmət edilməsini gözləyirik” bildirən Ərdoğan keçmişdə üç dəfə AİHM-ə müraciət edib.
Ərdoğan AİHM-in Türkiyəyə qarşı qaldırdığı işlərlə bağlı qərarlarını tənqid etməkdə davam edir. Prezident bundan əvvəl AİHM-in Xalqların Demokratik Partiyasının (HDP) keçmiş həmsədri, keçmiş millət vəkili Səlahəddin Dəmirtaşın azadlığa buraxılması ilə bağlı qərarına reaksiya vermişdi.
AİHM-in Səlahəddin Dəmirtaşla bağlı qərarının siyasi olduğunu şərh edən Ərdoğan deyib: “AİHM daxili hüquq yolları tükənmədən bu qərarı verərək müstəsna tətbiqata əl atıb. Əslində AİHM bizim məhkəmələrimizin dəyişdirilməsinə qərar verə bilməz”. Ərdoğan son olaraq Osman Kavala qərarına görə, “Bizim məhkəmə qərarlarımızı tanımayan heç kəsi tanımırıq” söyləyib.
Ərdoğanın AİHM-ə müraciətləri
Prezident Ərdoğan ilk dəfə 1999-cu ildə “ədalətli mühakimə” tələbi ilə AİHM-ə müraciət edib. Ərdoğan 1998-ci ildə Diyarbəkir Dövlət Təhlükəsizlik Məhkəməsi (DGM) tərəfindən bir şeirinə görə "Din və irq ayrı-seçkiliyi edərək xalqı açıq-aşkar nifrət və düşmənçiliyə sövq etmək" cinayətinə görə 10 ay həbs və 177 milyon TL pul cəzasına məhkum edilmişdi. Onun etirazı rədd edildikdən sonra İstanbul Böyükşəhər Bələdiyyə Başçısı AİHM-ə müraciət edib.
Ərdoğan millət vəkili olmaq üçün AİHM-ə müraciət edib
Prezident Ərdoğan 2002-ci ildə yenidən AİHM-ə müraciət etməli olub. Bu dəfə o, deputat olmaq üçün cinayət keçmişinin silinməsini tələb edib. Bu tələb Diyarbakır 4 saylı DGM tərəfindən qəbul edilsə də, o vaxt Ali Məhkəmənin Baş prokuroru Sabih Kanadoğlu qərara etiraz edib. Kanadoğlunun təşəbbüsündən sonra Ali Apellyasiya Məhkəməsinin 8-ci Cəza Kollegiyası Diyarbəkir 1 saylı Məhkəməsinin qərarını ləğv edib.
2001-ci ildəki bu hadisələrdən sonra Ərdoğan siyasi qərarın xalqın iradəsini əngəllədiyini əsas gətirərək AİHM-ə müraciət edib.
Ərdoğan 2002-ci ildə Ali Seçki Qurumunun millət vəkili ola bilməyəcəyinə dair qərarını AİHM-ə daşıyıb.
Prezident Ərdoğan 2003-cü ildə baş nazir seçildikdən sonra AİHM-ə müraciətlərini geri götürüb.