27 Fevral 2022
Mətni dəyiş
London meri Sadiq Xan Ukraynada baş verənlərlə bağlı Rusiya Federasiyası rəhbərliyinə yaxın olan “beynəlxalq oliqarxların” Londondakı daşınmaz əmlakına həbs qoyulmasını təklif edib.
Bu barədə London meriyasının saytındakı sənəddə deyilir.
Xan həmçinin əcnəbi sahibkarların boş mənzilləri üçün vergi yığımının həcmini artırmağı təklif edib. “Nazirlər çoxdandır ki, paytaxtımızda evlərin oliqarxların pul sığınacağına çevrilməsinə göz yumurlar. Bu, həm beynəlxalq nüfuzumuza, həm də yerli daşınmaz əmlak bazarının vəziyyətinə mənfi təsir göstərir. Artıq hərəkətə keçməyin vaxtı çatıb”, - deyə o bildirib.