25 Fevral 2022
Mətni dəyiş
Rusiya xarici işlər naziri Sergey Lavrov qondarma Luqansk Xalq Respublikasının (LXR) xarici işlər naziri Vladislav Deyneqo və qondarma Donesk Xalq Respublikasının (DXR) xarici işlər nazirinin birinci müavini Sergey Peresada ilə görüşdə bildirib ki, prezident Vladimir Putin Ukraynaya qoşun yeritmək qərarına “ukraynalıların öz gələcəklərini sərbəst müəyyən edə bilmələri üçün” gəlib.
“Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdi ki, bu zülmdən qurtulan ukraynalılar öz gələcəklərini sərbəst təyin edə bilsinlər”, - Lavrov bildirib.
O, həmçinin əlavə edib ki, “heç kim Ukraynanı işğal etmək fikrində deyil”, - RİA Novosti xəbər verir.