26 Fevral 2022
Mətni dəyiş
Estoniya Rusiya təyyarələri üçün hava məkanını bağlayır. Bu barədə İqtisadiyyat naziri Taavi Aas bildirib.
"Estoniya Polşanın təşəbbüsünə qoşulur və bütün Rusiya aviaşirkətlərinə bizim hava məkanımızdan istifadə etməyi qadağan edir", - ERR portalı nazirin sözlərindən sitat gətirir.
Estoniyadan sonra Latviya da Rusiya aviaşirkətlərinin təyyarələri üçün hava məkanını bağlayır, bu ölkənin ədliyyə naziri Canis Bordans bildirib.
"Putin rejiminin Ukrayna demokratiyasına və azadlığına qəddar hücumu bağışlanmazdır. Qərb Rusiyanı həm iqtisadi, həm də siyasi cəhətdən təcrid etməlidir. Estoniya Rusiya aviaşirkətlərinə onun hava məkanına daxil olmağı qadağan edir. Polşa və Çexiya artıq bunu edib və biz bütün Avropa İttifaqına çağırış edirik˝. Estoniyanın baş naziri Kaja Kallas Facebook-da yazıb.
Cümə axşamı Böyük Britaniyanın baş naziri Boris Conson “Aeroflot”, “Rostek” və Rusiya banklarına, o cümlədən VTB-yə qarşı sanksiyaların tətbiq edildiyini açıqlayıb, bundan sonra Federal Hava Nəqliyyatı Agentliyi Britaniyanın Rusiyaya uçuşlarına qadağa qoyub.
Cümə günü Çexiyada Rusiyanın Ukraynaya davam edən hərbi təcavüzü fonunda Dövlət Təhlükəsizlik Komitəsinin iclası keçirilib. Baş nazir Petr Fiala başa çatdıqdan sonra bildirib ki, hökumət Rusiya vətəndaşlarına təkcə vizaların deyil, həm də Çexiyada yaşamaq üçün icazələrin verilməsini dayandırmaq qərarına gəlib.