8 Fevral 2022
Mətni dəyiş
Kommunal xərclərini ödəməkdə çətinlik çəkən İtaliya vətəndaşları üçün hökumət 5 milyard avroluq yardım paketi hazırlamağa başlayıb.
Avropada qaz qiymətlərinin artırılmasından sonra hökumət elektrik və təbii qaz pulunu ödəməkdə çətinlik çəkən İtaliya vətəndaşları üçün yardım paketi elan edib. İtaliyada hakim Liqa Partiyası enerji xərclərinin artması ilə mübarizə aparmaq üçün ən azı 5 milyard avro dəyərində fövqəladə hal fərmanı üzərində işlədiyini açıqlayıb.
Partiya lideri Matteo Salvini açıqlamasında bildirib ki, hökumət ailələrə və müəssisələrə elektrik və qaz pullarını ödəməyə kömək etmək üçün ən azı 5 milyard avro dəyərində fövqəladə fərman üzərində işləyir.
Hökumət ev təsərrüfatlarının və müəssisələrin elektrik və qaz ödənişlərini azaltmaq üçün 2021-ci ilin iyul ayından bəri təxminən 10 milyard avro ayırıb.