Jurnalist Fatimə Mövlamlı Daxili İşlər Nazirliyinin 9-cu polis bölməsində döyüldüyünü bildirib. Mövlamlının sözlərinə görə, polislər onun gödəkcəsini də cırıblar.
"Bizi Prezident Administrasiyasının qarşısında saxladılar. Mobil telefonları almaq istədilər və çəkilişi silməyi tələb etdilər. 9-cu bölmədə çavuşlar rəhbərliyin gözləri qarşısında məni iki dəfə döşəməyə yıxaraq vurmağa başladılar. Ayağımda ayaqqabının izləri qaldı. Onlar mənim gödəkcəmi cırdılar", - o deyib.
Daxili İşlər Nazirliyində Mövlamlının bəyanatını "əsassız" adlandırıblar.
Reportyor Fatimə Mövlamlı fevralın 15-i Prezident Administrasiyası qarşısında etiraz aksiyasının işıqlandırılması zamanı saxlanılıb və polisə aparılıb.
O bir neçə saat sonra sərbəst buraxılıb.