Özbəkistan və İsveçrə eks-prezident İslam Kərimovun qızı Gülnarə Kərimovanın vəsaitinin rəsmi Daşkəndə qaytarılması məsələsində razılığa gəlib.
Özbəkistan və İsveçrə danışıqların növbəti raundu keçirib.
Danışıqlar zamanı iki ölkənin nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının yeni Çoxtərəfli Etimad Fondunun yaradılması barədə anlaşıb.
Yeni fond İsveçrədə hələ də davam edən cinayət prosesinin bir hissəsi kimi gələcəkdə müsadirə oluna biləcək hər hansı əlavə aktivlərin restitusiyası üçün mexanizm rolunu oynayacaq. Hazırda təxminən 131 milyon dollar geri qaytarılmağa hazırdır.
2020-ci ilin mart ayında Daşkənd Cinayət Məhkəməsi artıq həbsdə yatan G.Kərimovanı korrupsiya ilə bağlı maddələri ilə təqsirli bilərək 13 il 4 ay müddətinə həbs cəzasına məhkum etmişdi.