İstanbulda qadınlar bahalaşmaya etiraz ediblər

İstanbulda qadınlar bahalaşmaya etiraz ediblər
15 Fevral 2022
Mətni dəyiş
İstanbulun Kadıköy bölgəsində qadınların təşkil etdiyi aksiyada qidadan benzinə, elektrikdən təbii qaza qədər bir çox istehlak malının bahalaşmasına etiraz edilib. Ötən ay elektrik enerjisi və təbii qazda artımlar əhalinin tənqidinə səbəb olub. Ötən həftə Türkiyənin müxtəlif əyalətlərində qiymət artımına etiraz aksiyaları keçirilib. Sahibkarlar artan işıq pulunu dükanlarının pəncərələrində paylaşıblar. Bazar günü İstanbulun Kadıköy bölgəsində qadın məclisləri də bahalaşmaya etiraz etmək istəyib. Qazan-tava ilə etiraz bölgəsinə daxil olmaq istəyən qadınlar polisin müdaxiləsi ilə qarşılaşıblar. https://twitter.com/bbcturkce/status/1492951738562850819?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1492951738562850819%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.bbc.com%2Fturkce%2Fhaberler-turkiye-60369438 “Qazanlarımız boş, ödəmələrimiz qabarıqdır” Aksiya ərazisində olan qadınlar xüsusilə ərzaq qiymətlərindəki artımdan şikayətləndiklərini bildiriblər. Qadın məclislərinin baş katibi Fidan Atasəlim son günlər iş yerlərində baş verən etirazlara diqqət çəkib. Bu dövrdə qadınların daha çox zərər çəkdiyini deyən Atasəlim, “bərabər iş üçün bərabər maaş” ala bilmədiklərini və işsiz qaldıqlarını bildirib. Etirazçılardan Zülal Buruşoğlu aksiyada iqtisadi böhranın, yoxsulluğun və aclığın simvolu olduğu üçün qazan-tava ilə iştirak etdiklərini bildirib. Qəmze Altunay “qabımız boş, ödəməmiz qabarıqdır” deyərək evə yemək gətirməkdə çətinlik çəkdiklərini də bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun