İraq 1990-ci ildə küveyti işğal edən zaman vurduğu ziyana görə bu ölkəyə ümumilikdə 52,4 milyard dollarlıq təzminat ödəyib.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təzminat Komissiyası məlumat yayıb.
Məlumata görə, bu günə qədər verilən 2,7 milyonluq təzminatın 1,5 milyonu qəbul edilib və bu da zərər görənlərə ümumilikdə 52,4 milyard dollar təzminat ödənilməli olduğu deməkdir. Ən böyük təzminat isə İraq əsgərlərinin ölkədən çıxan zaman Küveyt Neft Şirkətinin təsisatlarını yandırmalarına görə təyin olunub. Belə ki, buna görə, 14,7 milyard dollar təzminat təyin olunub.
Qeyd olunub ki, 13 yanvarda son ödəmə ilə birlikdə İraq Küveytə bütün təzminat borcunu ödəyərək bitirib.
İraq hökuməti İŞİD-lə yaranan təhlükəsizlik probleminə görə, 2014-ci ildən ödənən təzminatı dayandırmışdı. Ancaq 2018-ci ildən ödəniş yenidən bərpa olunub. Birləşmiş Millətlər Təşkilatının (BMT) Təzminat Komissiyası bildirib ki, İraq dövlət olaraq bu istiqamətdəki bütün öhdəliklərini yerinə yetirib.