İranda 6 ildir həbsdə olan 2 nəfər “sodomiya” (İnsanlar arasında anal və ya oral seks, insan və heyvan arasında cinsi fəaliyyətdir) "cinayəti" ittihamı ilə edam ediliblər. İran Aktivistlərinin Xəbər Agentliyinin (HRANA) yaydığı məlumata görə, Mehrdad Kərimpur ve Fərid Məhəmmədi bir-birləri ilə cinsi əlaqədə olmaqda ittiham olunaraq ölüm hökmünə məhkum edilibmişlər. Məlumatlara görə, son aylarda daha 2 nəfər bu ittihamla edam edilib. Ümumilikdə isə, 2021-ci ildə İranda 299 nəfər edam edilib, 85 nəfər isə ölüm hökmünə məhkum edilib. Lezbiyan, gey, biseksual və transseksual fərdlər üçün dünyanın ən çox təqib olan yerlərindən biri hesab edilən İranda homoseksuallıq qanunsuzluq hesab olunur.