21 Fevral 2022
Mətni dəyiş
Fevralın 22-də Rusiya Prezidenti Vladimir Putin bu ölkədə rəsmi səfərdə olacaq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşəcək.
Bu barədə Kremlin rəsmi saytı məlumat verib.
Bildirilir ki, görüşdə siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişafı məsələlərinin bütün spektrinin müzakirəsi planlaşdırılır.
Bundan əlavə, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında Dağlıq Qarabağa dair 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərinin, o cümlədən Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsinə baxılması nəzərdə tutulur.
Danışıqların nəticəsi olaraq Rusiya ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə çatdıran Müttəfiqlərin Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalanacaq.