Hindistanın cənubundakı Karnataka əyalətində məktəbə hicabla gələn müsəlman şagirdlər ayrı bir sinifə yerləşdirilib.
Bu barədə yerli mətbuat məlumat yayıb. Bildirilir ki, uzun zamandır hicab qadağası olan əyalətdə məktəbə buraxılmayan şagirdlərin etirazından sonra məsələ yenidən gündəmə gəlib. Belə ki, müsəlman şagirdlər məktəbin qarşısında oturaqlı aksiyaya başlayıblar. Bundan sonra səlahiyyətlilər onların məktəbə buraxlması barədə qərar veriblər. Ancaq bu dəfə də müsəlman şagirdlər ayrı bir sinifə yerləşdiriliblər. Məsələ ilə bağlı açıqlama verən əyalət rəsmiləri bildiriblər ki, qanunlar məktəblərdəki vahid geyim formasını tənzimləyir və bu hamı üçün aydındır. Karnatakada mübahisələrə səbəb olan məktəbdə ancaq qız şagirdlər təhsil alıblar.